BMU-da sağlamlıq aksiyası

Bakı Mühəndislik Universitetində bu ali məktəbin Qadınlar Şurası və “Nərgiz” klinikası ilə birgə növbəti sağlamlıq aksiyası keçirilib. BMU Qadınlar Şuasının sədri Ətrabə Gül aksiya haqqında məlumat verərək bildirib ki, klinikanın həkimləri tərəfindən universitet əməkdaşının daxili orqanlarının ümumi müayinəsi və qan analizləri aparılacaq.

   

Tədbirdə universitetin prorektoru Bayram Hüseynzadə çıxış edərək  aksiyanın təşkilinin faydalarından danışıb və təşkilatçılara təşəkkürünü bildirib.

    

Respublika Qadınlar Şurasının sədri  Bahar Qasımova  çıxışında qeyd edib ki, şura tərəfindən respublikamızın bütün regionlarında aztəminatlı ailələr üçün bu cür aksiyalar tez-tez təşkil olunur.

   

“Nərgiz” klinikasının baş həkimi  Məlahət Qəhrəmanova klinika haqqında ətraflı məlumat verib. Bildirib ki, Nərgiz təbii üsullarla müalicə mərkəzi 2006-cı ildən fəaliyyət göstərir. Müalicə mərkəzində ən müasir texnologiya olan hidrokolonterapiya üsulundan istifadə edilməklə mədə-bağırsaq traktının kəskin və xroniki xəstəlikləri və digər xəstəliklər effektiv müalicə olunur. Baş həkim klinikanın güzəştlərindən danışıb və universitetin bir neçə əməkdaşına klinikanın güzəşt kartlarını təqdim edib.



03.12.2018 | 17:34