Layihə çərçivəsində məktəblilərin ilk tur aksiyası

“Şagirdlər tanıdır” layihəsi çərçivəsində məktəblilərin ilk tur aksiyası təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin təhsil aldığı məktəbin yerləşdiyi rayonun tarixi və mədəni abidələrini, tarixi şəxsiyyətlərini digər bölgələrdən gələn şagirdlərə tanıtmaqdır. Aksiya Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və qədim  "Atəşgah" məbədini ziyarətlə başlayıb və layihəyə  6 məktəb (Nizami rayonu 145, 312, Nərimanov rayonu 36, Yasamal  rayonu 21, Sabunçu rayonu 113 və Suraxanı rayonu 76) qatılıb.

 

Heydər Əliyev Mərkəzində şagirdlərə ulu öndərin həyat yolu haqqında foto və videomateriallar təqdim edilib. Şagirdlər üçün Mərkəzin  maraqlı bölmələrindən biri də Heydər Əliyevin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalı olub. 

 

Məktəblilər daha sonra  "Atəşgah" məbədinə yollanıblar.

 

76 nömrəli tam orta məktəbin şagirdləri məbədin tarixi ilə bağlı məlumatları digər məktəbli yoldaşları ilə bölüşüblər.  Bildirilib ki,  "Atəşgah" qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsində əbə­di alovun mövcud olduğu qədim tarixi məkandır. "Atəşgah" məbədi Bakının 30 kilometrliyində, Abşeron yarımadasının cənub-şərq hissəsində Suraxanı qəsəbəsində yerləşir. XVII-XVIII əsrlərdə inşa edilib.

 

Qeyd edək ki, layihənin II turu Nizami rayonunda təşkil olunacaq.

 

Rəşad ZİYADOV



12.12.2018 | 18:21