Klassik Gimnaziya şagirdləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada alman dili üzrə kursu başa vuran məktəblilərin mükafatlandırılma mərasimi keçirilib.

 

Mərasimdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və iqtisadiyyat şöbəsinin müdiri Tereza Şönfelt, məktəb direktorları, müəllimlər, şagirdlər, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

 

Alman dili üzrə xüsusi kurs keçib, gimnaziyanın yazılı və şifahi  imtahanlar verən 18  şagirdi diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Qeyd edək ki, 2008-ci  ildən 160 nömrəli  Klassik Gimnaziya “Almaniya təhsilinin  partnyorluğu” proqramının iştirakçısıdır. 10 il müddətində məktəbdə 3 almandilli müəllim dərs deyib.

 



16.03.2018 | 11:04