ADNSU-nun rektoru vyetnamlı məzunlarla görüşüb

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tələbələrin 67-ci Elmi-texniki konfransı çərçivəsində ölkəmizdə olan Vyetnamın “Vietsovpetro” şirkətinin neft-qaz üzrə direktoru Le Viyet Zunq və şirkətin texniki istehsalat şöbəsinin rəisi Le Danq Tam ilə görüşüb.

 

Keçmiş Azİİ (indiki ADNSU) məzunlarını salamlayan rektor  universitetdə görülən işlərdən və yeni layihələrdən danışıb. Vyetnamla tələbə mübadiləsi sahəsində də yeniliklərin olduğunu deyən rektor M.Babanlı hazırda universitetdə 2 nəfər vyetnamlı tələbənin təhsil aldığını vurğulayıb.

 

Uzun illərdən sonra yenidən doğma təhsil ocağında olmaqdan qürur hissi keçirdiklərini deyən qonaqlar universitetdə gedən islahatları və müasir təhsil standartlarını bəyəndiklərini qeyd ediblər. Vyetnamlı gənclərin ADNSU-ya marağı olduğunu bildirən qonaqlar onların universitetə cəlb olunmasına dəstək göstərəcəklərini bildiriblər.



13.12.2018 | 16:37