AMEA-da riyaziyyat fənninin tədrisi vəziyyəti müzakirə olunub

“Fundamental elmin əsasını təşkil edən riyaziyyatın öyrənilməsi və tətbiqi problemləri ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən elm və təhsil qurumları öz səylərini birləşdirməli, mütəmadi olaraq seminar və konfranslar keçirməli, maarifləndirmə işləri aparmalıdırlar”. Bu sözləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin növbəti iclasındakı çıxışında  deyib. Alim bu gün Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə əlaqədar ciddi problemlərin mövcud olduğunu, bu sahədə ölkə elmi və təhsili qarşısında xüsusi vəzifələrin dayandığını qeyd edib. Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün inkişafının vacibliyini vurğulayan R.Əliquliyev elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin zəruriliyini önə çəkib.

 

AMEA-nın akademik-katibi  riyaziyyat fənninin tədrisi və elmdə tətbiqi ilə bağlı bir sıra təkliflər də səsləndirib. O, Riyaziyyat və Mexanika İnstitutunun nəzdində tədris mərkəzinin təşkilinin və burada müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərə riyaziyyat fənninin öyrədilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Alim bu vəzifələrin həyata keçirilməsi üçün müvafiq sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. 

 

Yusif ƏLİYEV

 

 



19.03.2018 | 14:32