Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, inklüziv təhsil, diaqnostik qiymətləndirmədə iştirak, diplomların verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.



06.10.2017 | 14:03