YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri

“Suyun çirklənməsi içməli sudan istifadəni azaldır və suda yaşayan orqanizmləri təhlükə altında qoyur. Suda yaşayan orqanizmlərin və bütövlükdə ekosistemin qorunmasını təmin etmək üçün ciddi tədbirlər lazımdır”.

 

Kollinz Abalu Abudca,

 

Ladela orta məktəbinin müəllimi. Nigeriya

 

 

Mövzu: Hamı üçün təmiz su

 

Fənn: Həyat bilgisi, Coğrafiya

 

Təlim məqsədi:

 

 Məşğələlərin sonunda şagirdlər:

 

* Suyun çirklənməsinin nə olduğunu biləcək;

 

* Suyun çirklənməsinin bəzi səbəblərini öyrənəcək;

 

* Təmiz sudan istifadədə ümumdünya bərabərsizliyini təsvir edəcək.

 

 

Hazırlıq:

 

* İki fincan su hazırlayın (təmiz və çirkli), şəffaf qabdan istifadə edin ki, su görünsün.

.

* Suyun çirklənməsinin səbəbləri barədə məlumatı proyektorda göstərin və ya çap edin (əlavə 2).

 

* Təqdim olunan xəritəni proyektorda göstərin və ya çap edin.

 

* Bütün şagirdlərə dünya xəritəsindən istifadə imkanı yaradın.

 

Ümumi vaxt:  60 dəq.

 

Yaş həddi:   8-14 yaş.

 

Təlim tapşırığı - 5 dəq.

 

İki fincana su doldurun (təmiz və çirkli).

 

Şagirdlərdən cütlərdə işləmək və öz fikirlərini bölüşməyi xahiş edin. Fincanlar arasında hansı fərqi duyduqlarını şagirdlərdən soruşun. Hansı fincandakı su istifadə üçün daha təhlükəsizdir? Niyə? Fincanlardakı sudan istifadənin nəticələri hansılardır?

 

Verilmiş suallara cavab almadan öncə şagirdlərə düşünmək üçün 1 dəqiqə vaxt verin. Sonra şagirdlər cütlüklərə bölünərək fikirlərini və cavablarını tərəfdaşları ilə müqayisə etməlidirlər. Nəhayət, şagirdlərdən fikirlərini siniflə bölüşməyi xahiş edin.

 

 

Diferensiasiya və alternativ tapşırıqlar

 

Alternativ tapşırıq olaraq şagirdlərə cavabları və müşahidələrini öz dəftərlərində və ya vərəqlərdə yazmağı təklif edin. Vərəqləri dərsin axırına qədər saxlayın ki, şagirdlər öyrəndikləri və gördükləri mövzu üzrə fikirləşsinlər və ya hansısa cavabın dəyişdiyini bilsinlər.

 

Təlim tapşırığı - 10 dəq.

 

Suyun çirklənməsi anlayışını izah edin və ya əyani surətdə göstərin. Məsələn, “Suyun çirklənməsi elə vəziyyətdir ki, bu zaman istənilən su mənbəyinə (çaylar, göllər, okeanlar) canlı varlıqlar üçün ziyanlı olan maddələr düşür”. Suyun çirklənməsini heç də həmişə görmək mümkün olmadığını izah edin.

 

Təmiz və çirklənmiş su şəkillərini nümayiş etdirin (şəkillərə bax). Şagirdlərdən şəkilləri müqayisə etməyi xahiş edin. Onlar bu şəkilləri hansı sözlərlə təsvir edərdilər. Şagirdlərə harada təmiz və harada çirkli suyun təsvir olunduğu yeri müəyyən etməyi təklif edin.

 

Diferensiasiya və alternativ tapşırıqlar

 

Şagirdlərə çirkli su şəkilləri ilə bağlı sual vermələrini təklif edin.

 

Təlim tapşırığı - 15 dəq.

 

“Əlavə 2”-dəki paylama materiallarını bölüşdürün və şagirdlərə suyun çirklənmə səbəbləri ilə tanış olmağı təklif edin. Şagirdlərə suyun çirklənmə səbəblərini zərərin miqyasına görə sıralamağı təklif edin (kəsib onları partanın üzərinə düzmək və ya vərəqdə yazmaq olar).

 

Tapşırığın məğzi ondan ibarətdir ki, şagirdlərə müxtəlif səbəblər, fikirlər irəli sürmək və yalnız düzgün cavab vermək deyil, həmçinin öz seçimlərini izah etməyə hazır olmaları təklif edilir. Sonra bir neçə şagirddən öz ideyalarını siniflə bölüşmələri xahiş olunur.

 

Təlim tapşırığı - 25 dəq.

 

Dünyada təmiz suya əli çatmayan insanlar var. Bunun bir sıra səbəbləri var və suyun çirklənməsi onlardan biridir.

 

Dünyanın təmiz su hövzələrini göstərən xəritəsini paylayın və ya ekranda şəklini göstərin. İzah edin ki, xəritədə insanların Yer kürəsində təmiz sudan istifadə imkanları göstərilir.

 

Şagirdlərdən aşağıdakı suallara cavab verməyi xahiş edin. Yəqin ki, onlara ölkələrin adı olan adi dünya xəritəsi lazım olacaq:

 

* Onların ölkəsi harada yerləşir? Təmiz su yerləşməsini göstərən xəritədə həmin ölkəni tapın. 

 

* Təmiz sudan yaxşı istifadə imkanları olan ölkələr harada yerləşir? Cavab verərkən qitələrin və cəhətlərin adlarından istifadə edin.

 

* Təmiz sudan daha az istifadə imkanları olan ölkələr harada yerləşir? Cavab verərkən qitələrin və cəhətlərin adlarından istifadə edin.

 

* Bütün dünya üzrə təmiz sudan istifadə imkanları nə dərəcədə eynidir? Bu hamı üçün əlçatandırmı?

 

Təlim tapşırığı - 5 dəq.

 

Əgər vaxtınız qalarsa, şagirdlərdən xəritəyə baxarkən ilk ağla gələn sualı yazmağı xahiş edin (Sualları lövhəyə və ya sinfin divarlarına bərkitmək üçün yapışqanlı kağızlardan istifadə etmək olar). Sinif yoldaşlarının bu suallara cavab verə biləcəklərinə nəzarət edin və ya bu suallardan ev tapşırığının tədqiqatında və ya gələcək məşğələlərin mövzusu kimi istifadə edin. Əgər vaxtınız varsa, dərsin əvvəlində qoyulmuş suallara qayıtmağı təklif edin, onların fikrincə çirkli sulardan istifadənin hansı nəticəsi ola bilər.

 

Qlobal məqsədlərə çatmaq üçün fəaliyyətə başlayın

 

Müəllim olaraq sizin şagirdlərin müsbət enerjisini düzgün istiqamətləndirmək və onları aciz olmadıqlarına, dəyişikliyin mümkün olduğuna inandırmaq imkanınız var. “Design for Change” hərəkatı tərəfindən keçirilən “Mən bacarıram” məktəb müsabiqəsi uşaqları əməkdaşlığa çağıraraq öz mühitlərində dəyişikliklər etməyə və öz təcrübələrini dünyadakı uşaqlarla bölüşməyə dəvət edir.

 

Başlamaq üçün www.dfcworld.com saytına daxil olun.

 

“Design for Change”in dərslər və ya şagirdlərə sərbəst fəaliyyətləri üçün www.globalgoals.org/ worldslargestlesson sayta daxil olun.

Əlavə 2.

 

Su çirklənməsinin səbəbləri

 

* Bulaqlara və çaylara axıdılan zibil tullantısı.

 

* Dağ mədənlərində fəaliyyət zamanı çaylara və bulaqlara axıdılan kimyəvi maddələr.

 

* Güclü yağışlardan sonra bulaq və çaylara axan torpaq.

 

* Fermer təsərrüfatlarının bulaqlara və çaylara axıdılan tullantıları və kimyəvi maddələri.

 

* Müəssisələrdən bulaq və çaylara axıdılan isti su.

 

* Havada yağış damcıları ilə qarışan

 

 ziyanlı tüstülərin mənbəyi olan maşınlar, təyyarələr və elektrik istehsalı məqsədləri üçün yandırılan faydalı qazıntılar.

 

* Bəzən su mənbələrinə sızan torpaqdakı zərərli kimyəvi maddələr.

 

* İri su hövzələrinə düşən plastik torbalar.

 

* Evdə istifadədən sonra borulardan torpağa sızan məişət kimyası.

 

* Paltar istehsalında istifadə olunan boyaların bulaq və çaylara axıdılması.

 

* Təmiz su ilə qarışmış təmizlənməmiş məişət axıntı suları.

 

* İnsanların və heyvanların sudan birgə istifadə etməsi; onların ifrazatlarının su ilə qarışması.

 

* Tankerlərdən okeana neft axıntısı.

 

* Okean və göllərə atılan zibil.

 

* Yemək hazırlanması zamanı çanaqda yuyulan yağ.

 

 

Əhalinin say faizini nəzərə alaraq 2010-cu il üçün təkmilləşdirilmiş içməli su mənbələrinə çıxışı əks etdirən və su ehtiyatlarının öz əksini tapdığı dünya xəritəsi (xəritəyə bax). 

 

 

Əlavə resurslar:

 

Suyun çirklənməsi barədə məlumatlar: www.eschooltoday.com/pollution/water-pollution/what-is-water-pollution.html

* Uşaqlar  üçün  suyun  çirklənməsi barədə məlumatlar: www.water-pollution.org.uk/

 

* Suyun çirklənməsi barədə video : www.youtube.com/watch?v=lgLIMaZAJj0

 

* “Creek Freaks” hərəkatdan su müdafiəçilərinin videosu: www.youtube.com/watch?v=MLKsifjwPG4

 

* Su ilə bağlı oyun və tapşırıqlar:

 

* Şagirdlər üçün: www.water.epa.gov/learn/kids/drinkingwater/kids_4-8.cfm

 

* Müəllimlər üçün: www.water.epa.gov/learn/kids/drinkingwater/teachers_4-8.cfm

 

* Su süzülməsi üzrə eksperiment və animasiya çarxı: www.epa.gov/safewater/kids/flash/flash_filtration.html

 

* Eksperimentin videosu: www.youtube.com/watch?v=OMZpzcItQkc

 

* Sudan xlorun təmizlənməsi üzrə eksperiment: www.education.com/science-fair/article/water-purification-filtration/

 

* Suyun çirklənməsi barədə əlavə saytlar: www.eschooltoday.com/pollution/water-pollution/what-is-water-pollution.html

 

* www.water-pollution.org.uk/

 

 

Qeyd: Xatırladırıq ki, müəllimlər YUNESKO-nun “Qlobal məqsədlər” dərslərini münasıb bildikləri və ya  imkanları olduqları vaxt keçə bilərlər. Təqdim olunan  materiallar dərsləri keçməkdə müəllimlərə kömək edər. Onlar  materialları tədris üsullarına və  məktəb şəraitinə uyğunlaşdırıb istifadə etməkdə də müstəqildirlər. Materiallar 8-14 yaşlı uşaqlar üçün hazırlansa da  onları istənilən yaş qrupuna  uyğunlaşdırmaq olar.

 

 

 



02.02.2019 | 11:14