“Bizim müəllim”

Şahin Hüseynov Ağstafa rayonu Vurğun qəsəbə tam orta məktəbində çalışır. O, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 58 bal toplayıb. “Müəllim həmişə oxumalı, yenilik axtarışında olmalıdır, çünki bilik yalnız ali təhsil diplomu ilə məhdudlaşmır” deyən Şahin Hüseynov fizika fənninin incəliklərini şagirdlərinə sevə-sevə öyrədir.

 

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.



01.03.2019 | 12:38