BDU rəsm müsabiqəsi elan edir- 100 illik yubileylə bağlı

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir.

 

Rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər.

 

Rəsm əsərlərinin məzmunu universitet həyatını əks etdirməlidir.

 

Rəsm əsərləri 30 iyun 2019-cu il tarixinədək BDU Həmkarlar İttifaqı Komitəsinə təqdim edilməlidir.

 

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutanlara mükafatlar və diplomlar,  fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər  sərgilərdə və kitablarda təqdim ediləcəkdir. 

 



05.03.2019 | 14:38