“Ovcumuzdakı kəpənək”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Tələbələrin asudə vaxtlarının  faydalı keçirilməsi üçün institutda  müxtəlif tədbirlər  görülür. Həmçinin Aİİ-də sosial yönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil  olunur. Belə ki, şənbə günü  türkiyəli fərdi inkişaf mütəxəssisi Əhməd Şərif İzgörənin “Ovcumuzdakı kəpənək” mövzusunda çıxışı tələbələrdə xoş ovqat yaradıb.

 

Mövzu ətrafında müzakirələr aparılıb. İnsanın fərdi inkişafı üçün atmalı olduğu addımlarla bağlı tələbələrə tövsiyələr  verilib.

 

Sifai SƏFƏROVA

 



18.03.2019 | 17:55