"Yeni fikir" 6-cı dəfə keçirilir

Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlıq edir. Belə ki, 6-cı dəfə keçirilən "Yeni fikir" startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə həyata keçirilir.

 

"Yeni fikir" startap müsabiqəsi innovativ sahibkarlığın (startapların, texnosahibkarlığın və ya biznes təşəbbüskarlığının) inkişafını dəstəkləyən layihədir. Müsabiqə Azərbaycanda həyata keçirilən ən böyük startap müsabiqəsi hesab olunur. İndiyə kimi 5 dəfə keçirilən  müsabiqədə 842 startap layihə qiymətləndirməyə cəlb edilib ki, onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.

 

BP şirkəti "Yeni fikir VI" startap müsabiqəsini maliyələşdirməklə Azərbaycanda aparılan islahatların ən aktual istiqmətlərindən hesab olunan, innovativ ekosistemin güclənməsinə ciddi töhfələr verməyi hədəfləyib.

 

"Yeni fikir VI"  əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edir. Belə ki, ayrılan maliyyə dəstəyi ilə keçiriləcək təlim və mentorluq proqramları ilə mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafı da dəstəklənir. Bu məqsədlə BMU ilə yanaşı, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və digər ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və digər təşkilatlarda təlim və mentorluq tədbirləri keçirlir. Təlim və mentorluq proqramlarına, həmçinin layihələrin qiymətləndirilməsi prosesinə innovativ ekosistemdə tanınmış mütəxəssislər və peşəkarlar cəlb olunub. Bu cür tədbir və yanaşmalar, mövcud startapların güclənməsinə səbəb olmaqla yanaşı, yeni startapların da formalaşamasına köməklik edir.

 

Müsabiqə aşağıdakı ardıcılıqla həyata keşirilir:

 

Birinci mərhələdə startapların formalaşması və inkişafına dəstək verilir. Bu müddət ərzində, həmçinin startap layihələrinin müsabiqəyə qeydiyyatı aparılır. Layihələrin qeydiyyatı prosesi yenifikir.az elektron səhifəsi vasitəsilə yerinə yetirlir. Layihələrin qeydiyyatı zamanı qarşıya qoyulan əsas meyarlar isə, iddia olunan ideyanın innovativliyi, biznes strategiyası (modeli) və layihə komandasının idddianın təmin olunmasına uyğunluq dərəcəsidir.

 

Növbəti mərhələdə qeydiyyata alınmış startap layihələrin ilkin qiymətlərndirilməsi aparılır. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq yarımfınalçılar seçilir.

 

Yarımfinal mərhələsinə hazırlıq prosesində yarımfınala vəsiqə qazanmış layihə komandalarının gücləndirilməsi və inkişafı həyata keçirlir. Bu proses ekosistemin aparıcı mütəxəsislərinin təqdimatında, təlim və mentorluq xidmətlərinin göstərilməsi ilə baş verir. Ümumi təlimlərlə yanaşı, hər bir layihə komandası mentorluq xidmətləri ilə də gücləndirlir.

 

Növbəti addım isə yarımfinal tədbiridir ki, bu zaman yarımfinalçılar Münsiflər Heyəti qarşısında təqdimatlar edərək, yarışacaqlar. Bu zaman ən güclü startap komandaları final mərhələsinə vəsiqə qazanacaqlar.

 

Finala mərhələsinə hazırlıq prosesində fınala vəsiqə qazanmış layihə komandaları spesifik seçilən təlim və mentorluq xidmətləri ilə daha da gücləndiriləcək. Bu zaman layihələrin real bazara hazırlanması ilə yanaşı, investorların marağını çəkə bilmək üçün addımlar atılacaq.

 

Finalda yarışan startap komandalardan ən perspektivli 5 layihə seçilib  investorlara və geniş ictimaiyyətə təqdim ediləcək.

 

Qalib gəlmiş 5 startap layihəsinin şirkətləşməsi prosesi inkubasiya və ya akselerasiya proqramlarının tətbiqi ilə aparılacaq. Bu prosesin, əsasən, BMU Texnoparkı və "İnnoland" İnnovasiya Mərkəzində təmin edilməsi nəzərdə tutulub. Bu zaman layihələrin şirkətlərşməsi yolunda zəruri addımlar da  BP-nin ayırdığı maliyyə imkanları ilə dəstəklənəcək. Belə ki, BP-nin ayırdığı maliyyə dəstəyi hesabına 1-ci yeri qazanan startap komandası 8000 manat, 2-ci yeri qazanan tsratap komandası isə 6000 manat maliyyə dəsətyi alacaq.

 

Qeyd edək ki, "Yeni fikir VI" startap müsabiqəsi 7 ay müddətində (mart-senybar) həayata keçirilir.  Müsabiqə haqqında ətarflı informasiya almaq və startap layihələrinin qeydiyyatı üçün yenifikir.az elektron səhifəsindən istifadə etmək olar.
 



28.03.2019 | 15:17