BSU-da Aprel döyüşlərinə həsr olunan tədbir keçirilib

Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültənin və İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunan "Auditoriya +" keçirilib. Tədbirdə Qarabağ müharibəsi iştirakçısı, polis mayoru, Aida Şirinova, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, dosent İlhamə Qəsəbova, Pedaqoji fakültənin dekan müavinləri Nailə Xəndan, Zoya Cəbrayılova, İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova və kafedranın müəllimləri iştirak ediblər.

 

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra İbtidai təhsil kafedrasının dosenti Şüküfə Ağakişiyeva giriş sözü ilə çıxış edərək tədbirin tələbələri Aprel döyüşləri barədə maarifləndirmək məqsədi ilə keçirildiyini vurğulayıb.

 

Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova "Aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi" ,

 

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, dosent İlhamə Qəsəbova “Dördgünlük müharibə-Aprel döyüşləri" mövzularında çıxış ediblər. 

 

BSU-nun İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova çıxışında Aprel döyüşlərinin qürur tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb.

 

Tədbir diskussiya şəklində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Sonra Aida Şirinovanın döyüş yolunu əks etdirən film nümayiş olunub.    

 



09.04.2019 | 13:55