Şagirdlərə yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib

Bakının Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib. Tədbir  Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə  təşkil olunub.

 

Toplantıda “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Zəlzələ zamanı davranış qaydaları” mövzularında slaydlar  nümayiş olunub.

 

Bundan başqa, şagirdlərə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumatlar verilib.

 

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanılıb. 

 

Sifai SƏFƏROVA



23.04.2019 | 19:24