Dinin Azərbaycanda ayrıca fənn kimi tədrisi gündəmdə deyil

“Dinlə bağlı mövzular orta məktəblərdə yalnız "Həyat bilgisi" proqramı çərçivəsində tədris olunur. Din ayrıca fənn kimi tədris olunmur. Belə bir fənnin tədrisi ilə bağlı gündəmdə hər hansı məsələ yoxdur”.

 

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, sosial şəbəkələrdə növbəti tədris ilindən etibarən ölkənin ümumtəhsil müəssisələrində dinin ayrıca fənn olaraq tədris olunacağı ilə bağlı müzakirələrə münasibətini açıqlayaraq bildirib ki, “Həyat bilgisi” fənnində dinlə bağlı müəyyən mövzular tədris olunur. Ali məktəblərdə isə tələbələrə multikulturalizm fənni keçilir. Din, sadəcə, dinşünaslıq və dinlə bağlı başqa ixtisaslar üzrə hazırlıq çərçivəsində tədris olunur.

 



01.05.2019 | 17:56