Təhsil nazirinin görüşü

Mayın 15-də Təhsil naziri Ceyhun Bayramov  Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım İvana Fernandes Duartes və bankın baş iqtisadçısı cənab Sergey Guriyevlə görüşüb.

 

Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib.

 

Görüşdə həmçinin, əməkdaşlıq perspektivləri müzakirə edilib.

 



15.05.2019 | 13:00