13 nömrəli tam orta məktəbin komandası qızıl medal qazanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə dördnövçülük üzrə yarış keçirilib. Qızlar arasında Bakıdakı 245 nömrəli tam orta məktəbin komandası birinci olub. Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, Nərimanov rayonu 200 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

 

Oğlanların mübarizəsində paytaxtdakı 13 nömrəli tam orta məktəbin komandası qızıl, Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin kollektivi gümüş, Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin şagirdləri  isə bürünc medala layiq görülüblər.

 

 

Sifai  SƏFƏROVA

 



15.05.2019 | 19:51