AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, seminarda Diferensial tənliklər şöbəsinin əməkdaşı, professor Aqil Xanməmmədov  “Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda məruzə edib.

 

Məruzə əlavə xətti potensiala malik olan birölçülü Şredinger tənliyi üçün Qelfand-Levitan formalizminə həsr olunub. Mənfi sonsuzluqda şərt ödəyən çevirmə operatoru qurulub və (–∞, x) yarımoxunda Qelfand-Levitan inteqral tənliyi alınıb.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.



16.05.2019 | 13:46