İlk dəfə 3D-printerdə canlı ürək çap edilib

Təl-Əviv Universitetinin alimləri dünyada ilk dəfə insan toxumalarından 3D formatında canlı ürək çap ediblər.

 

www.mir24.tv saytının məlumatında qeyd olunur ki, Təl-Əviv Universitetinin  laboratoriya rəhbəri Tal Dvir pasiyentdən götürülmüş insan toxumaları ilə birlikdə 3D-printerdən istifadə edilməklə döyünən canlı ürəyin çap olunması prosesini təqdim edib.

 

Orqanın funksionallığını yoxlamaq üçün eksperiment çərçivəsində heyvanlara köçürüləcək onlarla ürək “çap olunub”. Ürəyin ölçüsü 2,5 santimetrə yaxın - təxminən dovşan ürəyi böyüklükdədir. Printer bir ürəyi təqribən 3 saat 30 dəqiqəyə çap edib.

 

Alimlərin iddiasına görə, israilli mütəxəssislərin bu tədqiqatı tibbin gələcəyi üçün yol açır. Yaxın 10 ildə insan toxumaları və hüceyrələrinin köməyi ilə hər bir pasiyent üçün istənilən orqanı yaratmaq mümkün olacaq.



18.05.2019 | 11:32