Yeni hazırlanan süni intellekt yumor hissinə malik olacaq

www.news.rambler.ru saytının məlumatına görə, bu qeyri-adi tədqiqatla Stenford Universiteti bazasında iş aparan Hi Hi adlı proqramçı məşğul olur.

 

Alim qarşıya qoyulan məqsədlərə nail olmaq üçün özündə çoxsaylı yumor nəzəriyyəsini birləşdirən mürəkkəb alqoritmdən istifadə etmək niyyətindədir. Robota improvizasiya və sarkazmı öyrətmək qarşıya qoyulan əsas vəzifələrdəndir.

 

Hi Hi və digər Çin proqramçıları gülüş məqsədilə kompüterə bir neçə omonim yüklədikdən sonra bu elmi işə başlamaq qərarına gəliblər. Kompüterə gülməli təklifləri ümumiləşdirərək onların mənalarını dəyişmək təklif olunub. Neyroşəbəkə hər dəfə cümləyə iki yeni söz əlavə edib.

 

Əvvəlcə uğursuz hesab edilən təcrübə sonradan alimlərin ciddi tədqiqata başlamasına zəmin yaradıb.



19.05.2019 | 11:11