3 beynəlxalq proqram üzrə təhsilalanların ali məktəblərə müsabiqədənkənar qəbulu şərtləri açıqlanıb

Beynəlxalq proqramlar üzrə təhsil alanların Azərbaycan ali məktəblərinə müsabiqədənkənar qəbulu şərtləri müəyyən edilib. Qəbul Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq etdiyi “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nə əsasən aparılacaq. Qəbul ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Beynəlxalq səviyyədə akkreditasiya olunan 3  - Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme), Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) və Yüksək yerləşdirmə (Advanced Placement) proqramları üzrə həyata keçiriləcək abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılacaq. Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verəcəklər. 3 təhsil proqramı ilə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas və tədris ili üçün keçid balını Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM müəyyən edəcək. Keçid balı müəyyənləşdirilərkən ixtisaslar üzrə keçid ballarının minimum və maksimum hədləri əsas götürüləcək. 

 

Şərtlərə görə, adı çəkilən 3 beynəlxalq təhsil proqramı üzrə təhsil alan abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə aparılacaq. Belə ki, abituriyentlərin həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınacaq.

 

Qeyd edək ki, “Müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür.

 

Proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri      

                                                        

Sıra №-si

 

 

İxtisaslar

Beynəlxalq Bakalavriat Diplom Proqramı

Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə)

Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə)

1

Beynəlxalq münasibətlər

28-35

C və ya B

3 və ya 4

2

Biologiya

26-30

C və ya B

3 və ya 4

3

Biotibbi texnologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

4

Biznesin idarə edilməsi

26-30

C və ya B

3 və ya 4

5

Cihazqayırma mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

6

Dövlət və bələdiyyə idarəetməsi

28-30

C və ya B

3 və ya 4

7

Dövlət və ictimai münasibətlər

28-35

C və ya B

3 və ya 4

8

Dünya iqtisadiyyatı

26-30

C və ya B

3 və ya 4

9

Ekologiya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

10

Elektroenergetika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

11

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

12

Fizika

26-30

C və ya B

3 və ya 4

13

Geofizika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

14

İnformasiya texnologiyaları

26-30

C və ya B

3 və ya 4

15

İnşaat mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

16

İqtisadiyyat

28-35

C və ya B

3 və ya 4

17

Jurnalistika

26-30

C və ya B

3 və ya 4

18

Kimya

26-30

C və ya B

3 və ya 4

19

Kimya mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

20

Kompüter elmləri

26-35

C və ya B

3 və ya 4

21

Kompüter mühəndisliyi

26-35

C və ya B

3 və ya 4

22

Maliyyə

26-30

C və ya B

3 və ya 4

23

Marketinq

26-30

C və ya B

3 və ya 4

24

Menecment

26-30

C və ya B

3 və ya 4

25

Metrologiya, standartlaşdırma və

26-30

C və ya B

3 və ya 4

 

sertifikasiya mühəndisliyi

 

 

 

26

Mexanika mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

27

Mexatronika və robototexnika

26-30

C və ya B

3 və ya 4

 

mühəndisliyi

 

 

 

28

Mühasibat uçotu və audit

26-30

C və ya B

3 və ya 4

29

Neft-qaz mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

30

Politologiya

26-30

C və ya B

3 və ya 4

31

Proseslərin avtomatlaşdırılması

26-30

C və ya B

3 və ya 4

 

mühəndisliyi

 

 

 

32

Psixologiya

26-30

C və ya B

3 və ya 4

33

Riyaziyyat

26-30

C və ya B

3 və ya 4

34

Sənaye mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

35

Sənayenin təşkili və idarə olunması

26-30

C və ya B

3 və ya 4

36

Sistem mühəndisliyi

26-30

C və ya B

3 və ya 4

37

Sosiologiya

26-30

C və ya B

3 və ya 4

38

Turizm və otelçilik

25-28

C və ya B

3 və ya 4

39

Aqronomluq

25-28

C və ya B

3 və ya 4

40

Hüquqşünaslıq

30-34

C və ya B

3 və ya 4

41

Memarlıq

25-28

C və ya B

3 və ya 4

 



22.05.2019 | 14:10