Beynəlxalq olimpiada, müsabiqə və yarışların qalibləri hansı ixtisaslara müsabiqədənkənar qəbul ediləcəklər?

Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. 

 

Baş Nazir Novruz Məmmədovun imzaladığı həmin sənəddə qalibləri ali müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı da, həmin siyahı üzrə qaliblərin müsabiqədənkənar qəbul olunacağı ixtisasların siyahısı da öz əksini tapıb.

 

Həmin siyahıda əksini tapan beynəlxalq olimpiadaların, müsabiqələrin və yarışların siyahısını təqdim edirik:

 

Beynəlxalq fənn olimpiadaları

 

- Beynəlxalq riyaziyyat olimpiadası (IMO);

 

-. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);

 

- Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);

 

- Beynəlxalq fizika olimpiadası (IPHO);

 

- Avropa fizika olimpiadası (EUPHO);

 

- Asiya fizika olimpiadası (APHO);

 

- Beynəlxalq kimya olimpiadası (ICHO);

 

- Beynəlxalq Mendeleyev kimya olimpiadası;

 

- Beynəlxalq biologiya olimpiadası (IBO);

 

- Beynəlxalq informatika olimpiadası (IOI).

 

 

 Beynəlxalq müsabiqələrin və yarışların siyahısı

 

- Olimpiya oyunları;

 

- Olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;

 

- Olimpiya idman növləri üzrə Avropa  çempionatı və birincilikləri;

 

- Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri;

 

- Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri;

 

- Yeniyetmələrin yay olimpiya oyunları;

 

- Avropa oyunları;

 

- İslam Həmrəyliyi oyunları;

 

- “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi (Bakı, Azərbaycan);

 

- Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan);

 

- M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

 

- Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan);

 

- “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika);

 

- Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

 

- Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan);

 

- Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Xorvatiya);

 

- Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

 

- Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya);

 

- Caz musiqi festivalı (Montre, İsveçrə) ;

 

- “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Nur-Sultan, Qazaxıstan) ;

 

- Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

 

- “Eurovision” estrada mahnı müsabiqəsi;

 

- Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya);

 

- Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan);

 

- Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa);

 

- Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa);

 

- Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya);

 

- Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya);

 

- Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya);

 

- Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya);

 

- Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika);

 

- Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ);

 

- “Şərq təranələri” beynəlxalq musiqi festivalı (Səmərqənd, Özbəkistan)

 

 

Adı çəkilən beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

 

Olimpiya oyunları üzrə qaliblər:

 

 

1.fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə);

 

Olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər: 1.fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə);

 

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər

 

1.fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə);

 

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər:

 

1.fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə);

 

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblər:

 

1.fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə);

 

Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblər: 1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə);

 

Avropa oyunları üzrə qaliblər:

 

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə);
  2. İslam Həmrəyliyi oyunları üzrə qaliblər:

 

1.fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); 2. bədən tərbiyəsi və idman; 3. məşqçi (idman növü üzrə)

 

“Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər - solo oxuma (xanəndə)

 

Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər

 

 solo oxuma (akademik vokal)

 

M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər

 

1.solo oxuma (akademik vokal); 2. estrada sənəti;

 

Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər: 1. xoreoqrafiya sənəti (sahələr üzrə); 2. rəqs müəllimliyi

 

“Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi üzrə (Namür, Belçika) qaliblər -  instrumental ifaçılıq (simli)

 

Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblər – instrumental ifaçılıq (fortepiano)

 

Gənc trubaçıların beynəlxalq müsabiqəsinin (Stara Zaqora, Bolqarıstan) qaliblər – instrumental ifaçılıq (nəfəs alətləri)

 

Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi üzrə (Xorvatiya) qaliblər - instrumental ifaçılıq (simli)

 

Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri: 1. solo oxuma (akademik vokal); 2. instrumental ifaçılıq

 

Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblər – solo oxuma (akademik vokal)

 

Caz musiqi festivalının (Montre, İsveçrə) qalibləri estrada sənəti üzrə

 

“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblər: 1. estrada sənəti; 2. xalq çalğı alətləri ifaçılığı; 3. instrumental ifaçılıq (simli və nəfəs alətləri)

 

Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər - xoreoqrafiya sənəti (sahələr üzrə); 2. rəqs müəllimliyi; . “Eurovision” estrada mahnı müsabiqəsi üzrə qaliblər estrada sənəti

 

Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər – instrumental ifaçılıq (simli)

 

Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi üzrə (Budapeşt, Macarıstan) qaliblər – instrumental ifaçılıq (fortepiano)

 

Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi üzrə (Varşava, Polşa) qaliblər instrumental ifaçılıq (fortepiano)

 

Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi üzrə (Poznan, Polşa) qaliblər - instrumental ifaçılıq (simli)

 

Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi üzrə (Vyana, Avstriya) qaliblər – instrumental ifaçılıq (simli);

 

Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi üzrə (Helsinki, Finlandiya) qaliblərin – instrumental ifaçılıq (simli);

 

Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi üzrə (Genuya, İtaliya) qaliblərin – instrumental ifaçılıq (simli):

 

Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi üzrə (Bied, Sloveniya) qaliblərin – instrumental ifaçılıq (simli);

 

Kraliça Yelizaveta adına musiqi müsabiqəsi üzrə (Belçika) qaliblər:

 

1.solo oxuma (akademik vokal); 2. instrumental ifaçılıq (fortepiano, simli)

 

Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi üzrə (Klivlend, ABŞ) qaliblərin – instrumental ifaçılıq (fortepiano)

 

“Şərq təranələri” beynəlxalq musiqi festivalı üzrə (Səmərqənd, Özbəkistan) qalibləri: 1. solo oxuma (xanəndə); 2. xalq çalğı alətləri ifaçılığı

 

 



22.05.2019 | 16:30