“Bahar qızı əfsanəsi” uşaq operası Qazaxıstanda keçirilən yarışmada II yeri tutub

Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında səslənən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun “Bahar qızı əfsanəsi” uşaq operası və digər mahnılar Qazaxıstanda keçirilən beynəlxalq yarışmada  II yeri tutub. Bu barədə Azərbaycan Milli Konservatoriyasının dosenti Təranə Yusifova məlumat verib. O bildirib ki, hazırda gimnaziyanın şagirdləri tərəfindən “Bahar qızı əfsanəsi” operasının məşqləri gedir və proses bitmək üzrədir. “Əsərdən bir pərdəni Qazaxıstanda keçirilən “Caspi-art Uluslararası Sanat Yarışması”na göndərdik. Yarışmanın münsiflər heyəti tərəfindən gimnaziya şagirdlərinin ifasında səslənən həm bəstəkarın əsəri, həm də digər mahnılar çox yüksək qiymətləndirilib”, deyə T.Yusifova qeyd edib.

 

 

 Sifai  SƏFƏROVA

 



23.05.2019 | 19:53