“Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir

övlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

 

“Sərhəd” hərbi-idman oyunları Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir.

 

Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.

 

Oyunların nəticələrinə əsasən, I yeri Beyləqan rayonu Araz qəsəbəsi tam orta məktəbin “Araz” komandası, II yeri Siyəzən rayonu 1 nömrəli tam orta məktəbin “Sərhədçi” komandası, III yeri isə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası tutub.

 

Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.



28.05.2019 | 09:00