Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün məlumatlandırma tədbiri

Mayın 27-də Bakı Texniki Kollecində orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün məlumatlandırma tədbiri keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək  Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın icrası ilə bağlı ətraflı məlumat verib.

 

Bildirilib ki, yeni qəbul olunmuş Qaydalar təhsildə fasiləsizliyin təmin olunmasına və ali təhsilin əlçatanlığının genişləndirilməsinə xidmət edir.

 

Tədbirdə sözügedən sənədin icrası ilə əlaqədar çoxsaylı suallar cavablandırılıb.

 



28.05.2019 | 10:01