“Vətənim, Azərbaycanım” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 May – Respublika Gününə həsr edilən “Vətənim Azərbaycanım” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib. Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi müsabiqəyə 19 məktəbdən 48 şagird qatılıb.

 

İdarənin rəis müavini Aydın Qasımov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdə rolundan söz açıb.

 

Sonra müsabiqə iştirakçıları mövzusuya uyğun şeirlər söyləyib, mahnılar səsləndiriblər.

 

Qaliblər  diplomlarla mükafatlandırılıblar.

 

Sifai SƏFƏROVA

 



29.05.2019 | 09:30