Media nümayəndələri üçün təlim işə başlayıb
Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.
 
 
Təlimin ilk günü “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan  gözləntilər, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, “İstedadlı uşaqlarla iş”, “Məktəb tikintisi”, “Ümumi təhsil haqqında” Qanuna dəyişikliklər, “Təhsil haqqında” Qanuna dəyişikliklər”, “Məktəblinin dostu”- təhlükəsiz məktəb, arxayın valideyn”, “Dərsliklərlə təminat – mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” mövzularında təqdimatlar olacaq.
 
 
Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması,  media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
 
 
Təlim işini davam etdirir.

 



30.05.2019 | 11:39