NDU-da Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  müvafiq Sərəncamla hami təşkilat və universitet arasında əlaqələr genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, dayanıqlı əmək bazarının yaradılmasına xidmət edib.

 

Muxtar Respublikanın Dövlət Energetika Xidmətin rəisi Namiq Paşayev isə bildirib ki, hamiliyə verilən ixtisalarda təhsil alan tələbələrin Xidmətin tabeliyində olan ayrı-ayrı qurumlarında təcrübə keçmələrinə şərait yaradılıb və onlara mühəndislər tərəfindən istehsalata dair ilkin biliklərin öyrədilməsi təmin edilib. Fakültənin möhkəmləndirilən maddi-texniki bazası əsasında tələbə-gənclərin yaradıcılıq imkanlarının ortaya çıxarılması üçün əlverişli zəmin yaradılıb. Vurğulanıb ki, qarşıya yeni layihələrin (startapların) həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qrupların yaradılması, startapların qəbulu və təqdimatlarının keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Sərəncamın icrasını təmin etmək məqsədilə Xidmətdə ekspert qrupu yaradılıb.

 

Tədbirdə Xidmətin aparıcı məsləhətçisi Yunis Seyidov da çıxış edib.  

 

Sonda tələbələrin sualları cavablandırılıb.

 



31.05.2019 | 16:50