Karlov Universitetinin nümayəndə heyəti LDU-da olub

Mərkəzi  Avropanın ən qədim və Çexiyanın mərkəzi universiteti sayılan Karlov Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

Nümayəndə heyətinin tərkibində universitetin Təbiyyat fakültəsinin  professorlarından Daniel Frynta Zivotopis, Milan Kaftan, Vit Kaufman, doktor Miroslav Svatora, magistr və bakalavrlar Veronika Rudolfova, İveta Stolhoferova, Barbara Kaftanova və Karlov Universitetinin tərəfdaşı olan Bakı Dövlət Universitetinin  Zoologiya kafedrasının dosenti Çingiz Məmmədov təmsil olunub.

 

Nümayəndə heyətinə LDU  ilə ətraflı tanışlıq imkanı yaradılıb. Biologiya və kimya tədris laboratoriyaları, fənn kabinələri  ilə  tanışlıq qonaqların marağına səbəb olub.

 

Sonra hər iki universitetin Təbiyyat fakültəsinin professor-müəllim-tələbə heyətinin iştirakı ilə elmi seminar keçirilib. Seminarda Karlov Universitetinin professoru Daniel Frynta Zivotopis apardığı elmi təcrübələr barədə məruzə edib. Çexiyalı alim bildirib ki, təmsil etdiyi Karlov Universiteti LDU ilə qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq cənub bölgəsinin zəngin flora və faunasını ətraflı araşdırmağa, birgə elmi tədqiqatlar aparmağa imkan verəcək. Seminar disskussiya şəraitində keçib, suallar alimlər tərəfindən cavablandırılıb.

 

Seminardan sonra qonaqlar bölgənin flora və faunası ilə tanış olmaq məqsədilə  Hirkan Milli Parkına səfər ediblər.



10.06.2019 | 14:35