Azərbaycanlı alimin məqaləsi ən yaxşılar sırasında

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə "Clarivate Analytics" beynəlxalq bazasında referatlaşdırılan "Journal of Mathematical Physics" (https://aip.scitation.org/journal/jmp) 1.165 yüksək impakt faktorlu jurnalda çap olunub. Məqalə  jurnalın redaksiya heyəti tərəfindən ən yaxşı məqalələrindən biri hesab olunaraq "Featured Article" seçilib.

 

"Potensialı ümumiləşmiş funksiya olan və sərhəd şərtləri spektral parametrdən asılı olan Şrödinger operatorları" (https://aip.scitation.org/doi/10.1063/1.5048692) adlı məqalədə potensialı ümumiləşmiş funksiya olan birölçülü Şrödinger tənliyinin və spektral parametrdən rasional Nevanlinna funksiyası şəklində asılılığı olan sərhəd şərtlərinin doğurduğu sərhəd məsələləri üçün Darbu tipli çevirmələr daxil edilib və onların köməyi ilə spektral analizin bir sıra düz və tərs məsələləri həll olunub.

 



11.06.2019 | 17:28