“Yol polisimizlə bir gün”

Qubalı məktəblilər Rayon Polis Şöbəsində (RPŞ) polis əməkdaşlarının xidməti ilə tanış olublar.

 

“Yol polisimizlə bir gün” adlı tədbirdə şagirdlər xidməti avtomobillər, xüsusi texniki vasitələr və sair avadanlıqlar haqqında məlumatlar toplayıblar.  

 

Məktəblilərin diqqətinə çatdırılıb ki, növbətçi hissədə polisə edilən müraciətlərə təxirəsalınmaz və operativ yanaşılır, onlara baxılması üçün lazımi işlər həyata keçirilir.

 

Məktəblilərlə polislərin söhbəti çay süfrəsi arxasında davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda məktəblilərə polislər tərəfindən hədiyyələr verilib.

 

 

Sifai SƏFƏROVA

 



13.06.2019 | 17:31