“Qurtuluşdan tərəqqiyə” adlı tədbir

15 İyun-Milli Qurtuluş Günü və “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən dərslərin yekunu ilə bağlı “Qurtuluşdan tərəqqiyə” adlı tədbir keçirilib.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, müəllim və şagirdlər iştirak edib.

Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoyub və əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevə həsr olunan dərslərdənbəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları və məktəbliləri salamlayıb. Bu dərslərin ümummilli lider Heydər Əliyevin zəngin irsinin araşdırılmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına həsr olunduğunu bildirib. R.Göyüşov altıncı ildir keçirilən dərslərin formatında dəyişikliklər edildiyini, mühazirələrə ictimai, siyasi xadimlərin, eləcə də idarəetmədə təcrübəsi olan şəxslərin cəlb olunduğunu qeyd edib. R.Göyüşov dərslərin interaktiv qaydada keçirilərək məktəblilərin daha çox bilik və məlumatlar əldə etməsinə xidmət etdiyini bildirib.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. H.Əsgərov dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

Müdir müavini “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev və ordu quruculuğu” və “Heydər Əliyevin təşəbbüsü ilə gənclərin xaricdə təhsili” mövzularına həsr olunmuş geniş məruzə ilə çıxış edib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri barədə danışıb.

Tədbirdə il ərzində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərdə iştirak edən ən fəal 32 şagird və bir məruzəçi müəllim mükafatlandırılıb.

Tədbir bədii hissə ilə yekunlaşıb. Məktəblilər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

13.06.2019 | 15:59