“Rəqəmsal bacarıqlar” daha 100 məktəbi əhatə edəcək

2018-2019-cu tədris ilində Bakı və Gəncə şəhərləri üzrə daha 28 məktəb “Rəqəmsal bacarıqlar” pilot layihəsinə cəlb olunub. Layihə çərçivəsində ümumilikdə 71 məktəb və 26 min şagird bu layihənin yaratdığı imkanlardan istifadə edib. Uğurlu nəticələri nəzərə alınaraq növbəti tədris ilində layihənin 100-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə etməsi nəzərdə tutulub.

 

Ümumi təhsil müəssisələrinə 20 min 880 notbuk, 789 elektron lövhə, 789 proyektor verilib, informasiya-kommunikasiya texnologiyaları (İKT) əsaslı infrastrukturun yaradılması işi davam etdirilib. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş məktəblərin sayı 2 min 746-ya (62 faiz) çatdırılıb, şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85 faizini, pedaqoji heyətin isə 73 faizini əhatə edib.

 



18.06.2019 | 12:28