Şagirdlərin ifasında “Homo sapiens” tamaşası

Rəşid Behbudov adına Mahnı Teatrında İlyas Əfəndiyev adına Elitar gimnaziyanın 3a2 sinif şagirdlərinin  ifasında “Homo sapiens” adlı  tamaşa nümayiş olunub.

 

Tamaşa  qeyri -adiliyi ilə diqqəti  cəlb edib. Bu qeyri - adilik müxtəlif dövrlərin və məkanların tarixi şəxsiyyətlərinin balaca aktyorların timsalında öz fəlsəfi fikir və düşüncələrini ifadə etməsində idi. Üçüncülərdən Arif Eminov, Banu Əliyeva, Nərgiz  Hüseynli, Tunar Həmidzadə, Alışan Həmidli, Roman Axundlu,  Xədicə Mirzəli, Aydan Qurbanova, Məhəmməd Abdullayev, Həsən Xəlilzadə, Tamilla Quliyeva, Kamran Ələkbərzadə, Elxan Ağabəyli, Leyla Qurbanova, İbrahim Əsgərli, Əkrəm Bağırzadə və digərləri  tarixi şəxsiyyətlərin obrazlarını məharətlə canlandırıblar. Nəsimi polunu təqdim edən İmran Hidayətzadənin xüsusi intonasiya ilə söz ustadımızın təbirincə səsləndirməsi iştirakçıları heyran edib.

 

Sonda rəngarəng rəqslər bir-birini əvəz edib. Müəllimlər, valideynlər tədbirin təşkilatçısı Oksana Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

 

Sifai SƏFƏROVA



21.06.2019 | 14:27