UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına başlayır

UNEC-in magistrləri ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı vasitəsilə “Ümumi MBA” və “Beynəlxalq Biznes” ixtisasları üzrə magistr diplomu əldə edə biləcəklər.

 

Magistrlər təhsilin 1-ci ilinin payız, yaz və yay semestrlərini Birləşmiş Ştatlarda Lincoln Universitetində keçirəcəklər. 

 

Lincoln Universitetindəki 7 əsas və 2 seçmə fənləri götürərək müvafiq şərtlər əsasında 4 + 4 + 1 və ya 4 + 3 + 2 üsulu ilə təhsil alacaqlar. Universitetdə təhsillərini davam etdirərkən, tələbələr öz tədqiqat layihəsi mövzusunu və rəhbərlərini seçəcəklər (birini Lincoln Universitetindən və digərini isə UNEC-dən). 

 

Bu birgə tədqiqat layihəsi olacaqdır. Tələbələr üçüncü və dördüncü semestrlərini tamamlamaq üçün UNEC-də fənlərin qalanını götürəcəklər. Tələbələr birgə tədqiqat layihəsini bitirəcək və UNEC-də müdafiə edəcəklər. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr UNEC diplomu ilə yanaşı, Linkoln Universitetinin diplomunu da əldə edəcəklər.

 

Təhsil ingilis dilindədir. Amerikada təhsil müddətində magistrlər işləmək hüququ əldə edəcəklər.

 



21.06.2019 | 18:55