Aqrar Universitetdə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinin  “İctimai elmlər və Multikulturalizm” kafedrası 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirib.

 

Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayıb. O,  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib.

 

“İctimai elmlər və Multikultrualizm” kafedrasının müdiri, professor Azad Bayramov  Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyətinin daha da yüksəldiyini, maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.

 

Tədbirdə “İctimai elmlər və Multikulturalizm kafedrasının” müəllimlərindən dosent Ə.Kazımov, baş müəllim A.Axundov çıxış edərək Silahlı Qüvvələrimizin keçmişi və bu günü haqqında ətraflı danışıblar. Düşmən  tapdağı altında olan ərazilərimizin tezliklə işğalçılardan azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına  əminliklərini ifadə ediblər.

 



25.06.2019 | 17:00