Jest informatikası ilə bağlı araşdırmalar aparılacaq

İTİ-dən bildiriblər ki, planı  Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova təqdim edib. Cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verən R. Mahmudova bildirib ki, jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının  informatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

 

Aparılacaq tədqiqatlarda insanın müxtəlif emosional vəziyyətlərində onun üzündəki mimikanın təhlili və sintezi məsələləri ilə bağlı araşdırmalar da yer alacaq. Məruzəçinin sözlərinə görə, tədrisyönümlü oyunlardan, intellektual testlərdən istifadə etməklə informatika fənninin tədrisində olan bəzi problemlərin həlli üçün təkliflərin işlənməsi, intellektual oyunların informatika fənninin tədrisinə inteqrasiyasının pedaqoji və psixoloji aspektlərinin analizi də bu il görüləcək işlər sırasındadır.

 

Yusif ƏLİYEV



17.04.2018 | 15:51