Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

İyulun 12-də ingilis dili və biologiya fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir.

 

Qeyd edək ki, iyulun 11-də ingilis dili fənni üzrə keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda namizədlərdən Aydan Sadıqova 56 bal toplayaraq yüksək nəticə göstərib. Aydan Sadıqova Azərbaycan Dillər Universitetinin məzunudur.

 

İmtahanlar iyulun 24-dək davam edəcək.



12.07.2019 | 11:22