AMEA ilə Fransanın Monpelye Universitetinin elan etdiyi müsabiqənin müddəti artırılıb

AMEA ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş əsasında birgə doktorantura proqramı çərçivəsində elan olunmuş müsabiqənin müddəti iyulun 29-dək uzadılıb.

 

Xatırladaq ki, müraciətlərin qəbulu AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən həyata keçirilir.

 

Seçilmiş namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər.

 

Proqramın şərtlərinə əsasən, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

 



22.07.2019 | 14:14