"Əsrlərdən süzülüb gələn Azərbaycan"

Sabirabad  rayon Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "Əsrlərdən süzülüb gələn Azərbaycan" adlı tarix gecəsi keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Xalid Nəciyevin verdiyi məlumata görə, gecənin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərləri möhkəmləndirmək, vətənpərvərlik ruhunda tərbiyə etmək və tariximizi daha dərindən öyrətmək  olub.

 

Gecə Dövlət himninin səslənməsi ilə  başlayıb.

 

Tədbirdə V-XI sinif şagirdləri Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, xörəkləri və tarixi abidələri haqqında geniş məlumat veriblər.

 

Məktəbin  müəllimlərindən  Solmaz Zeynalova, Aidə Salayeva, əməkdar müəllim Bəhmən Quliyev şagirdlərə tariximizin zənginliyindən,  dövlət müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

 

Sonra mövzuya aid ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlər Cümhuriyyət dövrünün mövcud olduğu tarixi keçmişə qısa səyahət edib, şeir söyləyib və  mahnı oxuyublar.

 

Şakir CƏFƏROV



19.04.2018 | 17:11