Müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə

İyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb.

 

Belə ki, imtahanda iştirak edən Aidə Sadıqova 60 bal toplayaraq namizədlər arasında maksimum nəticə göstərib.

 

Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.

 

İmtahanlar iyulun 24-dək davam edəcək.

 



23.07.2019 | 09:11