Gənc müəllimlərin yay məktəbinə start verilib

İyulun 23-də Şəki şəhərində keçiriləcək Azərbaycan gənc müəllimlərinin yay məktəbi layihəsinə start verilib. Yay məktəbi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunub.

 

Yay məktəbinə 30-ə yaxın müəllim qatılacaq. Onlara pedaqoji mövzular üzrə təlimlər keçiriləcək, həmçinin müəllimlər üçün komanda oyunları təşkil olunacaq. Yay məktəbi çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi edəcəklər.

 

Dörd gün davam edəcək təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi  istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar  və səmərəli işləməyə həvəsləndirməkdir.

 



23.07.2019 | 11:31