DİM: “Elektron ərizəsini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər”

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi (https://eservices.dim.gov.az/erizebak/ixtisas1/?frm=egov1) etməklə ərizələrini təsdiq etməlidirlər.

 

Mərkəzdən bildirilib ki, bəzi abituriyentlər isə ixtisas seçimi edib ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

 

Abituriyentlər (həmçinin subbakalavrlar) qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə (https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=62) daxil edib təsdiqləməlidirlər.

 



05.08.2019 | 16:14