Cocuq Mərcanlıda elmi praktik konfrans

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Hərbi səhra döyüş travması simpoziumu və travma kursu keçirilib. Tədbirdə respublikanın müxtəlif tibb müəssisələrindən 200-ə yaxın həkim iştirak edib. Elmi-praktik konfransın iştirakçıları arasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru  Cəmil İskəndərov da olub.

 

C.İskəndərov toplantının çox faydalı olduğunu, iki hissədən ibarət olan  kursda həm nəzəri, həm də praktiki təlim məşqləri keçirildiyini bildirib. 

 

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində keçirilən toplantı Dövlət sərhəd mühafizəsinin 100 illiyinə həsr olunub. Aksiya çərçivəsində həmçinin Cocuq Mərcanlı sakinləri tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin olunub.

 


05.08.2019 | 18:22