ADA İT və mühəndislik üzrə aparıcı təhsil müəssisəsinə çevrilməyi hədəfləyir

“Sadəcə informasiya texnologiyaları (İT) deyil, başqa istiqamətlər üzrə də mühəndislik hazırlığına başlamaq planımız var. Gələcəkdə universitetimizin yaxınlığında “Elm şəhərciyi” salmaq istəyirik. Bu məqsədlə dünyanın tanınmış təhsil müəssisələri ilə əməkdaşlığa da başlamışıq”.

 

Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev deyib. Rektor bu istiqamətdə görülən işlərə toxunub və universitetin yeganə çətinliyinin kadrla bağlı olduğunu deyib: “Əsas çətinliyimiz keyfiyyətli müəllimlərin cəlb olunmasıdır.  Belə qərara gəlmişik ki, öz müəllimlərimizi özümüz hazırlayaq”.

 

H.Paşayev vurğulayıb ki, bu məqsədlə tələbələrin xarici ölkələrdə fəaliyyət göstərən tanınmış universitetlərin magistratura və doktorantura pilləsində təhsillərini davam etdirmələri və qayıdıb ADA-nın aparıcı mütəxəssisləri olaraq çalışmaları təmin olunacaq: “Universitetimiz kifayət qədər böyük nüfuz qazanıb. İstəyimiz odur ki, İT və mühəndislik üzrə aparıcı təhsil müəssisəsinə çevrilək”.

 



07.08.2019 | 13:24