Qubada 500-dən çox məzun tələbə adını qazanıb

Quba rayonunun ümumtəhsil müəssisələrini 2018-2019-cu tədris ilində müvəffəqiyyətlə bitirən 500-dən çox məzun tələbə adını qazanıb. Həmin məzunlardan 14 nəfəri 600-dən yuxarı bal toplayaraq respublikanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alacaqlar.

 

Rayon üzrə ən yüksək nəticəni qazanan Əli Səlimli (660 bal) Daxili İşlər Nazirliyinin Polis Akademiyasında, 655 balla ikinci nəticə göstərən Fidan İsaqova Bakı Dövlət Universitetində, 635 bal toplayan Ləman Məlikməmmədova isə Azərbaycan Tibb Universitetində təhsillərini davam  etdirəcəklər.

 

 

 Sifai SƏFƏROVA



19.08.2019 | 15:45