Yüksək bal toplayan gənc ADPU-nun Şəki filialını seçib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ili üzrə qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir.

 

ADPU-dan verilən məlumata görə, qəbul imtahanında 660 bal toplayan Elcan Səlimli ali təhsil müəssisəsinin Şəki filialını seçib. O, universitetdə xarici dil (ingilis dili) müəllimliyi ixtisasına qəbul olunub.

 

2019-cu ildə Elcan Səlimlinin qazandığı uğurlardan biri də orta məktəbi əla qiymətlərlə başa vurması olub. Elcanın bu uğurları qiymətləndirilərək, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə  qızıl medalla təltif edilib.

 



19.08.2019 | 18:48