381 yer yenə boş qaldı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub. Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytından, eləcə də mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Bu barədə DİM məlumat yayıb. Məlumatda bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16515 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 1000 nəfər qəbul olub.

 

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33 faiz dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100 faiz dolub. Cəmi 381 yer (3.67 faiz) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

 

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

 

 

 Qəbul 
 planı

                              Qəbul olunub

 Qəbulolma faizi 
 

 Vakant   yerlərin 
 sayı (faizi)

 Azərbaycan   bölməsi

 Rus 
 bölməsi    

 Bölmələr   üzrə cəmi    

 Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar    

9530

8972

452

9424

98.89

106 (1.11)

 Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar

852

566

11

577

67.72

275 (32.28)

 Cəmi

10382

9538

463

10001

96.33

381 (3.67)

 

Avqustun 21-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında (hər iki jurnal elektron versiyada, pdf şəklində) dərc olunacaq.

 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 23-dən sentyabrın 2-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 23-dən 29‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

 

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 30 avqust - 4 sentyabr tarixlərində aparılacaq.

 



20.08.2019 | 17:56