Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri

Avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

 

Nəticələrə görə, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

 

Qeyd edək ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 22-27 avqust tarixləarində qəbul olunduqları  peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

 

 

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunan şəxslərin  siyahısı

 



21.08.2019 | 18:32