Elektron kağız üçün ilk printer təqdim olunub

ABŞ-ın “E Ink Holdings” şirkəti rəqəmli displeylərdə çoxdəfəli çap üçün “JustPrintIt” texnologiyasını təqdim edib. Xüsusi printer üçün kağız qismində elektron mürəkkəb texnologiyasına əsaslanan displeylər istifadə olunacaq. “ePaper” elektron kağızı bank kartı ölçüsündə yığcam rəqəmli displey formasındadır. “JustPrintIt” texnologiyasını dəstəkləyən xüsusi printerin köməyi ilə müxtəlif təsvirləri bu elektron kağızda dəfələrlə çap etmək olar. Belə daşıyıcının xidmət müddəti təxminən 1000 çap təşkil edir.

 

www.4pda.ru saytının verdiyi xəbərə görə, rəqəmli yazıya müdaxilə qeyri-mümkündür. Yalnız firma avadanlığının köməyilə təsviri yeniləmək mümkündür, çünki belə displeylərdə elektron komponent və ya proqram təminatı yoxdur.

 

Printer avqustun 28-də “Touch Taiwan” texnologiya sərgisində təqdim edilib.

 



01.09.2019 | 12:22