AMEA-da vakant vəzifələri tutmaq üçün müsabiqə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. Vakant yer quruma aparıcı mütəxəssis-tərcüməçi vəzifəsinə 2 yerdir.

 

Müsabiqədə ingilis və ya fransız dilini mükəmməl bilən mütəxəssislər iştirak edə bilərlər. Sinxron tərcümə bacarığı olan mütəxəssislərə üstünlük veriləcək.

 

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, 1 oktyabr 2019-cu il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim edilməlidir.

 

Əmək haqqı razılaşma yolu ilə nəzərdə tutulur (Ünvan: Bakı şəh., İstiqlaliyyət küç. 30, tel.: (994 12) 492 34 46, email: [email protected])

 



04.09.2019 | 13:27